Azərbaycan bankı Cəbrayılda filial açmaq qərarını elan etdi
Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra Azərbaycan Beynəlxalq Bankı (ABB) Cəbrayıl filialını açma qərarını elan edib.
Marja ABB-yə iustinadən xəbər verir ki, bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib.
"Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər. Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə Bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İdarə Heyətimizdə bu qərarı qəbul edərkən keçirdiyimiz hissləri izah etmək mümkün deyil. Belə bir günü uzun illər idi ki, gözləyirdik. Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuzu reallığa çevirdi. Azərbaycan Beynəlxalq Bankının indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialımızın məhz Cəbrayıl filialı olması Bankımızın tarixində də möhtəşəm bir hadisədir. Arzu edirik ki, yaxın günlərdə Ordumuzun işğaldan azad etdiyi digər rayonlarımızda da yeni filiallar aça bilək. Qəhrəman hərbçilərimizin düşməndən təmizlədikləri ərazilərimizin inkişaf mərkəzinə çevrilməsində Azərbaycan Beynəlxalq Bankı olaraq biz də yaxından iştirak edəcəyik”.
İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək",- Bankın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
7 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 19 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib





















