Moody's “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi
Moody's beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın uzunmüddətli kredit reytinqini bir daha “B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi, mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.
Moody's mütəxəssisləri, Bankın kapital göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər. Kreditlərin ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli səviyyəsi, “Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin qarşılanmasına imkan yaradır.
Bundan başqa, 2020-ci ilin avqust ayının sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq olaraq 5%-dən və 10%-dən çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
7 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 19 d. əvvəl
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib




















