“Yapı Kredi Bank Azərbaycan” cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin yanvar-sentyabr aylarını 1 milyon 574 min manat xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3% və yaxud 2,4 dəfə azdır.
9 ay ərzində “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 30 milyon 724 min manat (illik müqayisədə 14,5% az), xərcləri 21 milyon 83 min manat (11,8% az), xüsusi ehtiyatlara ayırmaları 7 milyon 393 min manat (5,8% çox), mənfəət vergisi ödəmələri isə 673 min manat (46,6% az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 350 milyon 965 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2% azdır. Bunun 106 milyon 397 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,1% kiçilib.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 19,2% azalaraq 268 milyon 919 min manata, o cümlədən depozit portfeli 17,1% azalaraq 248 milyon 892 min manata düşüb, balans kapitalı isə 1,6% artaraq 82 milyon 46 min manata çatıb.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8%-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01%-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
- 23 d. əvvəl
- 37 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb



















