“Ziraat Bank Azərbaycan”-nın yeni filialı fəaliyyətə başladı - ÜNVAN
16 Noyabr 2020 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə üzrə 5-ci filialı fəaliyyətə başlamışdır.
Bu barədə Marja-ya Bankdan bildirilirb.
Qeyd edilib ki, “Ziraat Bank Azərbaycan” rəqəmsal bankıçılığın inkişafını davam etdirməklə yanaşı, filial şəbəkəsini də günü-gündən artırmaqdadır. Filialın açılmasında əsas məqsəd ölkəmizin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla yanaşı, günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərmək üçün iqtisadiyyatın dinamik olduğu yerlərdə, iş mərkəzlərinin və firmaların sıx yerləşdiyi ərazilərdə Bankın əhatə dairəsini artırmaqdır.
Müştərilərin istifadəsinə verilmiş Yeni Əhməd Rəcəbli filialının komandası istər hüquqi, istərsə də fiziki şəxslərə bank əməliyyatları üzrə peşəkar xidmət səviyyəsini təmin etməkdədir.
“Ziraat Bank Azərbaycan” ölkə ərazisində olan filial sayısını artırmağa davam etməkdədir. Belə ki, qısa müddət ərzində Bankın bir neçə filialının açılışının həyata keçirilməsi də planlaşdırılır.
“Ziraat Bank Azərbaycan” ASC-nin "Əhməd Rəcəbli" filialının müştərilərə xeyirli olmasını diləyirik.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 156 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 5 filialı mövcuddur.
Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 d. sonra
- 14 d. əvvəl
- 28 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb























