Məhdud sayda Rolls-Royce Black Badge yeni rənglərdə istehsal ediləcək
ROLLS-ROYCE "NEON GECƏLƏR" PALİTRASININ RƏNGLƏRİ İLƏ BLACK BADGE XƏTTİNİ ŞƏFƏQLƏNDİRİR(®️) “"Neon gecələri" – təbiətin özündən ilhamlanan Black Badge xətti üçün çalarların parlaq trilogiyasıdır. Yeni rənglər Bespoke şöbəsi tərəfindən Black Badge versiyalarında Wraith, Dawn və Cullinan üçün nəzərdə tutulmuşdur - Rolls-Royce model xəttinin əsl "anfan terribli". Yeni palitrada ecazkar təbii çalarlar oynanır: yaşıl Avstraliya ağac qurbağasının, Havay ağac çiçəyinin və ekzotik kəpənəyin rəngləri. Seçilməkdən qorxmayanların zövqlərini nəzərə alaraq, məhdud rənglərdə Black Badge modelləri daha parlaq və daha cəsarətli olacaq" - Sami Koltas (Sami Coultas), Bespoke rəng və bəzək dizayneri, Rolls-Royce Motor Cars.
"Neon gecələri"nin parlaq palitrası Black Badge modellərinin yalnız qara olması barədə stereotipləri təkzib edir. Black Badge modellərinin hər biri üçün ayrıca hazırlanmış üç cəsarətli çalarlar: Wraith üçün parlaq yaşıl, Dawn üçün doymuş qırmızı Eagle Rock Red, Cullinan üçün dərin mavi Mirabeau Blue.
İlk olaraq bu çalarlar Amerikalı müştərilərin sifarişi ilə hazırlandı, daha sonra təklifin qlobal səviyyəyə gətirilməsinə qərar verildi və partiyaya hər rəngdən üç nümunə əlavə edildi. Beləliklə, tiraj 12 avtomobil ilə məhdudlaşır - hər çalarda yalnız dörd nüsxə buraxılacaq.
Wraith Black Badge üçün qeyri-adi Lime Rock Green parlaq yaşıl rəng seçilmişdir - bu parlaq yaşıl Avstraliya ağac qurbağasının çalarıdır. Bu rəng Rolls-Royce Bespoke bölməsinin boya üzrə mütəxəssisi Sami Koultasun Sidneydən şimalda yerləşən Tamvortaya səfəri zamanı diqqətini cəlb etdi. Salon isə Scivaro Grey boz dərisi və laym rəngli haşiyə ilə işlənmişdir.
Dawn Black Badge üçün yaradılmış Eagle Rock Red doymuş qırmızı çaları, Havayada yetişən həmişəyaşıl ağac Ohia (Ōhi‘a lehua) çiçəklərinə bənzədilibdir. İçərisi Selby Grey dəri və qırmızı haşıyələmələrlə işlənmişdir.
Bespoke kollektivi Cullinan Black Badge’in qeyri-adi rənginə ekzotik Rhetus Periander kəpənəyindən ilhamlandı. Dərin mavi çalarları ilə tanınan bu kəpənək növünə Mərkəzi və Cənubi Amerikada rast gəlmək olar. Qanadlarının parlaq rəngi Mirabeau Blue rəngində dəqiq şəkildə əks olunur. Salonun Lime Rock Green elementləri ilə ağ Arctic White rəngli dərisi xüsusi bir kontrast yaradır.
Hər üç avtomobil variantının ön panelləri texniki liflərdən hazırlanıb və işığın sürətə görə təhrif olunmasını simvollaşdıran möhtəşəm qrafika ilə bəzədilib. Texnoloji boya neon parıltı təsiri yaradır.
"Neon gecələri" modelləri qeyri-adi rənglərdə məhdud buraxılışlı Black Badge avtomobillərinin ənənəsini davam etdirirlər. Belə ki, 2019-cu ildə Kaliforniyanın Pebbl-Biç festivalında pastel rənglərində Ghost, Wraith və Dawn nümayiş etdirildi. Bu avtomobillərə olan maraq yeni dinamik rəng palitrasının yaradılmasına ilham verdi.
Bu müstəsna çalarlarda hər bir Black Badge modeli yalnız üç seçimdə sifariş üçün mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























