Bir ayda biznes və istehlak kreditləri 123 milyon manat azalıb
2020-ci ilin Oktyabr ayında bankların cəmi kredit portfeli 87,7 milyon manat azalaraq 14 milyard 409 milyon 300 min manata geriləyib. Sentyabrın sonunda bankların kredit portfeli 14 milyard 497 milyon manat təşkil etmişdi.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında biznes kreditləri portfeli 61,3 milyon manat azalaraq 8 milyard 679 milyon 800 min manata, istehlak kreditləri portfeli isə 61,9 milyon manat azalaraq 3 milyard 746 milyon 700 min manata düşüb. İpoteka kreditləri portfeli isə 35,4 milyon manat artaraq 1 milyard 982 milyon 800 min manata yüksəlib.
Biznes və istehlak kreditləri portfeli birlikdə oktyabrda 123,2 milyon manat azalıb.
Qeyd edək ki, 2020-ci ilin Fevral ayında bankların kredit portfeli 15 milyard 299 milyon manata çatmışdı. Bu səviyyə ilə müqayisədə kredit portfeli 889,7 milyon manat azdır. Pandemiya, karantin tədbirləri, 4 bankın lisenziyasının ləğv edilməsi, İkinci Qarabağ müharibəsi kreditlərin azalmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 12 d. sonra
- 5 d. əvvəl
- 19 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Ən çox oxunanlar
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb





















