Azərbaycan Fransa ilə iqtisadi münasibətlərə yenidən baxacaq - QƏRAR
Milli Məclis, Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılması və dərindən təhlil edilməsi üçün Azərbaycan hökumətinə çağırış edib.
Marja xəbər verir ki, bu barədə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz olaraq Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilmiş bəyanatda bildirilir.
Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:
“1. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.
2. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın və dərindən təhlil edilsin”.
Sənəd səsə qoyularaq, qəbul edilib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















