Bakı və daha 16 şəhər-rayonda hərəkət məhdudiyyəti tətbiq ediləcək
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək 5 şəhər və 12 rayonda hərəkət mıəhdudiyyəti tətbiq ediləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq ediləcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər.
Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslərin əməkdaşları, habelə bəzi könüllülər təşkilatlarının üzvləri barədə məlumatlar “icaze.e-gov.az” portalına 9 dekabr 2020-ci il saat 10:00-dan etibarən daxil edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























