Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
Yapı Kredi Bank Azərbaycan yeni “Premium Mastercard World Elite” kartını təqdim edir! 3 GB rouminq, sığorta, transfer – Hamısı bir kartdaYapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdən yararlanmaq istəyən müştərilər üçün geniş imkanlar təqdim edir.
Premium Mastercard World Elite kartı ilə kart sahibləri Heydər Əliyev Beynəlxalq Hava Limanında ildə 6 dəfə Premium Travel Access xidmətindən və hava limanı transferindən 6 dəfə ödənişsiz yararlana bilərlər. Bununla yanaşı, xarici hava limanlarında limitsiz Lounge və Fast Track xidmətlərindən ödənişsiz istifadə etmək mümkündür.
Kartın təqdim etdiyi imkanlar səyahət zamanı hava limanı xidmətləri ilə məhdudlaşmır. Kart sahibləri 3 GB rouminq internet paketindən, səyahət sığortasından, həmçinin xaricdə alış-verişlər zamanı Mastercard Travel Rewards proqramı ilə seçilmiş tərəfdaşlarda təqdim olunan xüsusi təklif imkanlarından da yararlana bilərlər.
Yeni Premium Mastercard World Elite kartı Yapı Kredi Bank Azərbaycanın müştərilərinə gündəlik bankçılıq imkanları ilə yanaşı, səyahət zamanı rahatlığı və premium xidmətləri bir arada təqdim edən xüsusi bankçılıq təcrübəsindən yararlanmaq imkanı verir.
Premium Mastercard World Elite kartı və təqdim etdiyi üstünlüklər haqqında ətraflı məlumat üçün Yapı Kredi Bank Azərbaycanın rəsmi internet səhifəsinə keçid edə bilərsiniz.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIn” ,“Telegram” və “WhatsApp” sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
5 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
5 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
5 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
5 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
6 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















