Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb

"P-Aqro”nun ixracı 27,3 milyon dollara çatdı – artım tempi zəifləyib
AzVak-mobil_resmin_ustu_31
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-avqust aylarında “P-Aqro” MMC-nin ixracı 27,3 milyon ABŞ dolları təşkil edib.

Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə göstərici 26,7 milyon dollar olmuşdu. Beləliklə, ixrac cəmi 600 min dollar və ya 2,25% artıb.

“P-Aqro” ilk onluqda artım tempinə görə ən zəif dinamika göstərən şirkətdir.

Maraqlıdır ki, 2026-cı ilin yanvar-may aylarında şirkətin ixracı 21,6 milyon dollar olmuş və illik artım 27,8% təşkil etmişdi. Yanvar-avqustda isə artım tempi 2,25%-ə qədər zəifləyib. 

Bu o deməkdir ki, 2025-ci ilin iyun-avqust dövründə şirkətin ixrac bazası yüksək olub və 2026-cı ilin sonrakı aylarındakı əlavə satışlar həmin bazanı cüzi üstələyib.

Şirkət haqqında qısa arayış

“P-Aqro” MMC pambıqçılıq və pambığın emalı sahəsində fəaliyyət göstərən aqrar şirkətlərdən biridir. Cəmiyyətin tabeliyində 17 filial və 2 pambıq emalı zavodu fəaliyyət göstərir. Zavodlar Saatlı və Ucar rayonlarında yerləşir. Saatlı Pambıq Emalı Zavodunun illik emal gücü 20 min ton, Ucar Pambıq Emalı Zavodunun isə illik emal gücü 40 min ton xam pambıq təşkil edir. Beləliklə, şirkətin iki zavod üzrə ümumi illik xam pambıq emalı gücü 60 min tondur. “P-Aqro” MMC-nin filialları Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında fəaliyyət göstərir

Hər gün yeni vakansiyalar - AzVak.az-da

P-Aqro pambıq aqrar ixrac toxum pestisid gübrə qeyri-neft ixracı 27 3 milyon dollar.
29.09.2026 14:22
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19