Azərbaycanda Almaniya bankının ofisi bağlandı
Almaniyanın KfW inkişaf bankının Azərbaycandakı ofisi 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırıb.
Ofisin rəhbəri Natiq Abdullayev bunun səbəbi kimi Azərbaycanda həyata keçirilən layihələrin başa çatmasını göstərib: “Yeni layihələrə və sazişlərə dair danışıqlar aparılmayıb”.
Həmin layihələrdən ötən il başa çatdırılan sonuncusu Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutaraq “Açıq kommunal infrastrukturu proqramı” çərçivəsində hökumətlə birgə həyata keçirilib. Belə ki, KfW-nin ayırdığı kredit hesabına Şəkinin içməli su tələbatının 60 faizi, Gəncənin isə 40-50 faizi qarşılanacaq. Bu rəqəmləri 100 faizə çatdırmaq üçün qalan işlər dövlət büdcəsi hesabına görülməlidir.
Bütövlükdə su təchizatı ilə bağlı KfW hökumətə ümumi məbləği 137 milyon avro olan iki kredit ayırıb. Bunların birincisi 2006-cı ilin oktyabr ayında Bern şəhərində imzalanmış müqaviləyə görə 37 milyon avro həcmində 10 ili güzəştli şərtlərlə olmaqla 40 il müddətinə illik 0,75 faizlə, ikincisi də 2012-ci ilin dekabr ayında imzalanmış müqaviləyə əsasən 3 ili güzəştli şərtlərlə olmaqla 12 il müddətinə illik 1,96 faizlə ayrılıb.
ununla yanaşı, xaricdən yalnız texniki səciyyəli layihələr üçün kredit cəlb etmək barədə yeni siyasətə uyğun olaraq hökumət KfW-nin alternativ enerji mənbələrinin inkişafına dair 130 milyon avroluq, su təchizatı proqramına əlavə maliyyə üçün 250 milyon avroluq, sahibkarlığın inkişafına dair 5 milyon avroluq kreditlərindən imtina etmişdi. Bütövlükdə 2012-ci ildən sonra həmin bankdan yeni kreditlər cəlb olunmayıb.
Bununla belə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün hökumətin xaricdən maliyə vəsaiti cəlb etmək siyasətinə müvəqqəti yumşalma gətiriləcəyi istisna deyil.
“Azərbaycan hökuməti maliyyə dəstəyi üçün banka müraciət edərsə, veriləcək təkliflərə baxmağa hazırıq”, - deyə KfW təmsilçisi N.Abdullayev qeyd edib.
Qeyd edək ki, 1994-cü ildən başlayan birgə əməkdaşlıq müddətində KfW Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə 240 milyon avrodan artıq vəsait ayırıb.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 54 d. sonra
- 56 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























