Azərbaycanın iri bankı son maliyyə vəziyyətini açıqladı – 84 MİLYON MANAT MƏNFƏƏT
Azərbaycanın iri korporativ bankı “PAŞA Bank” ASC pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ili 84 milyon 252 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə ötən il Bankın xalis mənfəəti 19 milyon 212 min manat və ya 29,5% artıb. Bank 2019-cu ili 65 milyon 40 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja PAŞA Bankın yerli standartlar əsasında tərtib edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 272 milyon 802 min manat təşkil etmiş cəmi gəlirlər (faiz və qeyri-faiz gəlirləri), 2020-ci ildə 40 milyon 593 min manat və ya 14,9% artaraq 313 milyon 395 min manata yüksəlib.
PAŞA Bankın 2019-cu ildə faiz gəlirləri 196 milyon 217 min manat ikən, 2020-ci ildə 218 milyon 187 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 76 milyon 585 min manatdan 95 milyon 208 min manata yüksəlib.
Ötən il faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 584 min manat da gəlirlərə əlavə edilib. 2019-cu ildə, faiz gəlirlərinin 1 milyon 982 min manatı faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayrılmışdı.
Ötən il faiz xərclərində 6 milyon 241 min manat, qeyri-faiz xərclərində 18 milyon 952 min manat artım ilə cəmi faiz və qeyri-faiz xərcləri 25 milyon 193 min manat artıb.
Ötən ilə cəmi faiz və qeyri-faiz gəlirlərinin 40 milyon 593 min manat artmasına qarşılıq faiz və qeyri-faiz xərcləri 25 milyon 193 min manat artıb. Nəticədə, faiz və qeyri-faiz gəlirlərində xalis 15 milyon 400 min manat artım reallaşıb.
PAŞA Bankın əməliyyat mənfəəti ötən il bir əvvəlki illə müqayisədə 19 milyon 967 min manat və ya 18,6% artaraq 127 milyon 34 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 14 milyon 121 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 28 milyon 768 min manat mənfəət vergisi ödəyib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR 2 MİLYARD MANATI KEÇİB
2019-cu illə müqayisədə 2020-ci ildə PAŞA Bankda müştərilərə verilən kreditlər 296 milyon 1 min manat və ya 16,5% artaraq 2 milyard 95 milyon 34 min manta çatıb. Xalis kreditlər 1 milyard 753 milyon 640 min manatdan 2 milyard 60 milyon 484 min manata yüksəlib.
DEPOZİTLƏR 4 MİLYARD MANATI KEÇİB
2019-cu illə müqayisədə 2020-ci ildə PAŞA Bankda depozitlər 429 milyon 237 min manat və ya 12% artaraq 4 milyard milyon 761 min manata çatıb.
CƏMİ AKTİVLƏRİ 5,5 MİLYARD MANATI AŞIB
Ötən il PAŞA Bankın cəmi aktivləri 745 milyon 571 min manat və ya 15,6% artaraq 2020-ci ilin sonunda 5 milyard 513 milyon 21 min manat təşkil edib.
Ötən il PAŞA Bankın cəmi kapitalı 65 milyon 377 min manat artaraq 541 milyon 145 min manat yüksəlib.
2020-ci il üçün maliyyə hesabatları
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























