“PAŞA Bank” 2021-2022-ci illərdə kapitallaşma göstəricilərini yaxşılaşdıracaq
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini "B+/B" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinqlərin dəyişməsi üzrə proqnoz "Sabit" saxlanılıb.
““PAŞA Bank”ın kapitallaşmasının azalması ilə bağlı əvvəlki proqnozlarımızın əksinə olaraq, hazırda bankın kapitallaşma göstəricilərinin 2021-2022-ci illərdə yaxşılaşa biləcəyini gözləyirik. Bu, bankın 2021-2023-cü illər üzrə strategiyasına uyğun olaraq növbəti iki il ərzində əhəmiyyətli dərəcədə kapital qoyuluşu, illik dividend ödənişlərinin son dörd il ərzində mənfəətin 69%-i səviyyəsində orta göstəricidən təxminən 60%-ə qədər azalması, habelə 2020-ci ildə mənfəət göstəricilərinin gözlədiyimizdən daha yüksək olması hesabına baş verə bilər", - deyə agentlik qeyd edir.
Bankın kapital əmsalı 21,5 milyon manat məbləğində kapital qoyuluşu və aktivlərin orta artımı sayəsində 2019-cu ilin sonunda 5,7%-dən 2020-ci ilin ortalarında 6,2%-ə qədər artıb.
"Bankın yüksək kapitallaşma göstəricilərinə malik olan Türkiyə və Gürcüstandakı törəmə qurumlarının göstəricilərinin əvvəlki kimi konsolidasiya edilmiş maliyyə hesabatlarında nəzərə alınacağı ehtimalına əsaslanaraq 2021-2022-ci illərdə RAC əmsalının 6,1-6,6% təşkil edəcəyini, həmçinin aktivlərin artım templəri, risk dəyəri və xalis mənfəətin həcmi ilə müəyyən ediləcəyini gözləyirik", - deyə məlumatda bildirilir.
Agentliyin analitikləri hesab edirlər ki, COVID-19 pandemiyası və neftin ucuzlaşması ilə əlaqədar mürəkkəb və qeyri-müəyyən əməliyyat şəraitinə baxmayaraq, korporativ kredit bazarında əhəmiyyətli payı bankın kredit qabiliyyətinə əvvəlki kimi müsbət təsir göstərir.
"Bununla yanaşı, bankın göstəriciləri əvvəlki kimi onun əsas səhmdarı olan “PAŞA Holdinq”in biznesinin uğurlu olmasından son dərəcə asılıdır. 2020-ci ilin birinci yarısına dair hesabata əsasən, bankın kreditlərinin təxminən 25%-i və depozitlərin 40%-i əlaqəli tərəflərin payına düşüb. Hesab edirik ki, bazarda böyük paya malik olmasını və Azərbaycanda iri və orta şirkətlərə xidmət göstərilməsində mühüm rolunu nəzərə alaraq “PAŞA Bank” ölkənin bank sistemi üçün böyük əhəmiyyətə malikdir. Buna baxmayaraq, hesab edirik ki, hökumətin böyük əhəmiyyətə malik olan bankları dəstəkləməyə hazır olması qeyri-müəyyən olaraq qalır", - deyə “S&P” mütəxəssisləri vurğulayırlar.
“PAŞA Bank”ın reytinqləri üzrə "Stabil" proqnoz Azərbaycanın bank sektorunun korporativ seqmentində əhəmiyyətli bazar payının, iri həcmli likvidlik ehtiyatlarının, həmçinin müştəri depozitlərinin sabit bazasının yaxın 12 ay ərzində bankın kredit keyfiyyətini dəstəkləyəcəyi ilə bağlı “S&P”nin rəyini əks etdirir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi – “PAŞA Holdinq” (56,82%) və "Ador" MMC (28,18%) və 1 fiziki şəxs - Arif Paşayevdir (15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
8 d. əvvəl
Turistlərin şikayətləri üçün yeni mübahisə həlli mexanizmi yaradılacaq
-
13 d. əvvəl
“Turizm kəndi” statusunun verilməsi üçün meyarlar hazırlanacaq
-
18 d. əvvəl
Dörd ekstremal turizm məhsulu beynəlxalq standartlara uyğunlaşdırılacaq
-
22 d. əvvəl
"AzInTelecom" beynəlxalq nüfuza malik təşkilata üzv qəbul edilib
-
35 d. əvvəl
Azərbaycanda vəhşi təbiəti izləmək üçün xüsusi turizm məkanları yaradılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samuxda xəstə heyvanlar təcrid edilib və müalicəyə cəlb olunub - AÇIQLAMA
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Turizm kəndi” statusunun verilməsi üçün meyarlar hazırlanacaq
"AzInTelecom" beynəlxalq nüfuza malik təşkilata üzv qəbul edilib
Ən çox oxunanlar
Tesla Çində 3 milyon avtomobili geri çağırdı
İran Prezidenti Pezeşkian müharibəni başa çatdırmağa çağırdı - "Müharibəni bitirməyimiz daha yaxşıdır”
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Özbəkistan nümayəndə heyətinin "Prime Cotton"a səfəri çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub
"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb






















