"PAŞA Bank" Gürcüstanda kredit portfelini və gəlirlərini artırıb
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2020-ci ili 23 milyon 194 min lari (11 milyon 945 min manat) zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2,8 dəfə çoxdur. Zərər bankın investisiya xərclərilə bağlıdır.
Ötən il "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 38 milyon 308 min lari (19 milyon 729 min manat, illik müqayisədə 14,4% çox), əməliyyat xərcləri 47 milyon 670 min lari (24 milyon 550 min manat, 24,6% çox), xüsusi ehtiyatlara ayırmaları 13 milyon 958 min lari (7 milyon 188 min manat, 4,1 dəfə çox), gözlənilməz gəlirləri isə 125 min lari (64 min manat, əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 469 milyon 858 min lari (241 milyon 977 min manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% azdır. Bunun 312 milyon 113 min larisi (160 milyon 738 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 5,6% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 0,55% azalaraq 393 milyon 841 min lariyə (202 milyon 828 min manat), o cümlədən depozit portfeli 11,2% azalaraq 220 milyon 436 min lariyə (113 milyon 525 min manat) düşüb, balans kapitalı isə 23,4% azalaraq 76 milyon 17 min lari (39 milyon 149 min manat) olub, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (53 milyon 45 min manat) qalıb.
1 lari = 0,515 manat
Marja.az Telegramda: https://t.me/marjaaz
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 36 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















