“Yapı Kredi Bank Azərbaycan” 2020-ci ili mənfəətlə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ili 1.4 milyon manat mənfəətlə başa vurub.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2019-cu ilin yekunuyla müqayisədə bankın I dərəcəli kapitalı 6.5% artaraq 70.9 mln AZN, məcmu kapitalı 1.4% artaraq 73.8 milyon AZN-ə yüksəlmişdir.
Bankın 2020-ci il üzrə daha da yaxşılaşan müsbət göstəricilərindən biri ani likvidlik dərəcəsidir. Ötən il bankın ani likvidlik əmsalı 63.33%-ə yüksəlmişdir, halbuki bu göstərici üzrə müəyyən olunmuş requlyativ norma 30% səviyyəsindədir. Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib “Yapı Kredi Bank Azərbaycan” likvidlik üzrə qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir.
“Yapı Kredi Bank Azərbaycan”ın 2020-ci ildə aktivləri 348.3 milyon manat, kredit portfeli ise 149.4 milyon manat olmuşdur. Kredit portfelində, xüsusilə daşınmaz əmlak kreditlərinin həcmi 2019-cu illə müqayisədə 37% artaraq, 13.5 milyon manata yüksəlmişdir.
Bankın fiziki şəxslərin tələbli depoziti 50 milyon manat, hüquqi şəxslərin tələbli depozitləri 170 milyon manat təşkil edib.
Müvafiq dövr ərzində I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 42%-ə, məcmu kapitalın adekvatlıq əmsalı artaraq 44%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) olan “Yapı Kredi Bank Azərbaycan” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Hazırda Azərbaycanda bankçılıq sektorunda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 35 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























