“AFB Bank” ASC 2020-ci ili 5.4 milyon xalis mənfəətlə başa vurub
Ölkənin aparıcı banklarından olan AFB Bank 2020-ci ili 5,4 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, dünyada və ölkəmizdə olan COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə və bu tədbirlərin iqtisadiyyata vurduğu ziyanlara baxmayaraq, Bank 2020-ci ili müsbət dinamika ilə bitirmişdir. Belə ki, 2020-ci ildə “AFB Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 35 milyon 158 min manat, cəmi əməliyyat xərcləri 20 milyon 473 min manat, əməliyyat mənfəəti isə 14 milyon 685 min manat təşkil edib.
Bank əməliyyat mənfəətindən 7 milyon 995 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 1 milyon 300 min manat mənfəət vergisi ödəyib. Beləliklə, AFB Bank ötən ili 5 milyon 388 min manat xalis mənfəət ilə başa vurub. Həmçinin, I dərəcəli kapitalın adekvatlıq əmsalı 2019-cu illə müqayisədə 30.53%-dən 46.62%-ə yüksəlmişdir. Həmçinin, məcmu kapitalın adekvatlıq əmsalı 33.74%-dən 51.10%-ə artmışdır. Leverec əmsalı isə 2 dəfə artaraq 12.15%-dən 24.13%-ə çatmışdır.
2020-ci ildə “AFB Bank” ASC yeni mobil tətbiqin və yeni saytın təqdimatını həyata keçirdi. Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən “AFB Bank” ASC-nin Mobil tətbiqi ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. “AFB Bank” ASC-nin yeni saytı istifadəçi rahatlığı və istifadəçilər üçün geniş imkanların təmin edilməsini ilə seçilir. Yeni saytın təqdim etdiyi imkanlar müştərilər üçün bir sıra əməliyyatların aparılmasını daha əlçatan və sürətli edilməsini təmin edir. Bank ölkədə nağdsız ödənişlərin genişlənməsində aktiv iştirakını davam etdirib.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 əng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 23 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
























