Prezident yeni inzibati bina kompleksinin açılışında
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.
Marja xəbər verir ki, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevə raport verib.
Qeyd edək ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 10 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, yeni idarə və şöbələr, o cümlədən islahatların tərkib hissəsi kimi, kriminalistika və informatika idarəsi yaradılıb.
Yeni inzibati bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verən Baş prokuror Kamran Əliyev bildirib ki, dörd korpusdan ibarət kompleksdə Baş Prokurorluğun altı idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcək. Kompleksdəki bütün otaqlar müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunub. Yeni inzibati binada yaradılmış müasir şərait prokurorluq orqanları əməkdaşlarının daha səmərəli və məhsuldar fəaliyyətini təmin edəcək. Eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması işi də yeni kompleksdə müvafiq standartlara və müasir formaya uyğunlaşdırılıb.
Diqqətə çatdırılıb ki, cinayət prosesi iştirakçılarının dindirilməsi üçün müasir tələblərə cavab verən 13 dindirmə otağında zəruri texniki vasitələr qoyulub. Eyni zamanda, cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı yaradılıb. Kriminalistika otağı da ən müasir cihaz və avadanlıqla təmin olunub. İnzibati binada üç iclas zalı və 320 nəfərlik konfrans zalı müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları və təqdimatların keçirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılan və 44 günlük Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial qalereya ilə tanış oldu. Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.
Dövlətimizin başçısına səyyar kriminalistik laboratoriyaların quraşdırıldığı avtomobillər barədə də məlumat verildi. Bildirildi ki, avtomobillərdə quraşdırılmış batareyaların köməyi ilə mühərriklər işə salınmadan 1,5-2 saat ərzində avtonom rejimdə hadisə yerini, eləcə də istintaq hərəkəti aparılan ərazini işıqlandırmaq mümkündür. Müasir texnika və avadanlıqla təchiz edilən bu cür avtomobillər MDB məkanında yalnız Azərbaycandadır.
Kompleksin ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin fəal hüquq siyasətinin əsas məqsədi qanunun aliliyinin təmin olunmasıdır. Prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bu istiqamətdə həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirir.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 30 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 14 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Rəsmi məzənnəlır açıqlandı
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı


























