Xəzərdə nəhəng enerji layihəsi: “Abşeron”a 4,2 milyard dollar yatırılacaq
350 milyard kubmetrlik yataq üçün 4,2 milyard dollarlıq investisiya."Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Absheron FFD) layihəsi yekun investisiya qərarının (FID) qəbul edilməsi mərhələsinə keçib, bununla bağlı kapital qoyuluşunun ümumi məbləği təxminən 4,2 milyard ABŞ dolları təşkil edir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, işlənmə proqramına dörd sualtı istismar quyusunun qazılması, təqribən 142 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərinin inşası və Səngəçal zonasında yeni emal infrastrukturunun yaradılması daxildir. FFD çərçivəsində plato (maksimum hasilat) mərhələsində qaz hasilatının həcmi ildə təxminən 4,5 milyard kubmetrə çatmalıdır. İlk təbii qazın isə 2029-cu ildə çıxrılması planlaşdırılır.
B.Hüseynov layihənin inkişafı, müqavilə ilə bağlı mürəkkəb məsələlərin tənzimlənməsi və investisiya öncəsi mərhələdə maneələrin aradan qaldırılmasında SOCAR-ın, həmçinin şirkətin "SOCAR Upstream Management International" (SUMI) bölməsinin, kommersiya və hüquq şöbələrinin vacib roluna diqqət çəkib. Bundan başqa, o, SOCAR tərəfindən təsdiqlənmiş dördüncü şərq quyusunun layihəyə daxil edilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Sözügedən yataqda qazın hasilat göstəricisinin 60 %-dən çox olacağı proqnozlaşdırılır və bu da qlobal sənaye standartlarına uyğundur. "Bu mərhələdə vəzifəmiz tamamilə aydındır - 2029-cu ildə ilk qazın əldə edilməsinə nail olmaq. Biz "TotalEnergies" şirkətinin layihənin təhlükəsizlik normalarına riayət olunmaqla müəyyən edilmiş müddətdə və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilməsini təmin edəcəyini, SOCAR-ın isə lazımi dəstəyi göstərməyə davam edəcəyini gözləyirik", - B.Hüseynov vurğulayıb.
Xatırladaq ki, layihənin 2-ci Fazası çərçivəsində plato mərhələsində gündəlik 12,7 milyon kubmetr qaz (illik hesabla təxminən 4,5 milyard kubmetr), həmçinin gündəlik 35 min barel kondensat hasilatı planlaşdırılır - bu, 1-ci Fazada əldə edilən həcmlərə əlavədir.
"Abşeron" yatağı 1960-cı illərdə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. Yatağın qaz ehtiyatları 350 milyard kubmetr həcmində qiymətləndirilir ki, bu da ona miqyasına görə Xəzər dənizində "Şahdəniz"dən sonra ikinci qaz yatağı statusunu qazandırır. "Abşeron" yatağının işlənməsi haqqında müqavilə 2009-cu ildə Fransanın "Total" korporasiyası ilə SOCAR arasında bağlanıb. 2023-cü il avqustun 4-də Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə onun "Abşeron"da 30 % pay alması haqqında saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətləri bərabər pay (35 %) sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
46 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
52 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
























