PAŞA Bank sahibkarlar üçün faizləri endirdi!
PAŞA Bank kiçik və orta sahibkarlar üçün onlayn biznes krediti çeşidlərini genişləndirdi və faizləri endirdi!Ölkənin aparıcı korporativ bankı PAŞA Bank pandemiyanın kiçik və orta biznes sahiblərinə yaratdığı çətinlikləri nəzərə alaraq, onlara dəstək məqsədi ilə onlayn biznes krediti çeşidlərini genişləndirir və faizləri yenidən endirir.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, artıq hüquqi şəxslər və fərdi sahibkarlar biznes üzrə xərclərini qarşılamaq üçün 250 000 AZN-dək biznes kreditlərini annuitet və ya xətt formasında girovsuz, Banka gəlmədən və tamamilə onlayn əldə edə biləcəklər.
Hüquqi şəxs və fərdi sahibkarlar 8-28 fevral 2021-ci il tarixləri aralığında PAŞA Bankdan Onlayn biznes kreditini illik 16.5% ilə əldə edə bilərlər. Qeyd olunan müddət ərzində biznes sahibləri yeni Onlayn kredit xəttini də məbləğindən asılı olmayaraq illik 17% olmaqla 12 ay müddətinə rəsmiləşdirə bilərlər.
Kredit xəttinin əsas üstünlüyü istifadə olunan məbləği geri ödədikdən sonra bu məbləğdən təkrar istifadə etmək imkanıdır. Hər dəfə vəsait lazım olduqda yenidən müraciət etməyə ehtiyac yoxdur.
Kredit xətti cari biznes xərclərini, məsələn: işçilərin əməkhaqlarını vermək, biznesində yeni istiqamətlər yaradıb genişlətmək və ya əlavə biznes qurmaq istəyən sahibkarlar üçün faydalı olacaq.
Beləliklə cari biznesdə bir ildən çox fəaliyyət, bank xidmətlərindən mütəmadi istifadə və müsbət kredit tarixçəsi olduğu təqdirdə “Onlayn biznes krediti” məhsulu üzrə tamamilə onlayn şəkildə müraciət edib, cəmi 2 iş gününə lazım olan məbləği əldə etmək mümkündür.
PAŞA Bankda hesabı olmayan şirkətlər həmçinin onlayn kredit xətti üçün müraciət edə bilərlər. Bunun üçün xidmət aldıqları bankdan hesabdan çıxarış təqdim etmələri kifayətdir. Kredit müraciəti təsdiqlənərsə, müştəri PAŞA Bankda cari hesab açacaq, kredit vəsaiti mövcud limit şəklində həmin hesabda saxlanılacaq və müştəri vəsaiti öz cari hesabına köçürərək ödənişlər edə biləcəkdir.
Ətraflı məlumat üçün keçid: Online business credit | PASHA Bank
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 19 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM






















