10 bankın qiymətli kağızlara investisiyaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar “Express Bank”, İran Milli Bankının Bakı filialı, “Bank VTB Azərbaycan”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank of Baku”, “Turan Bank”, “Unibank”, “Bank Avrasiya”, “Yelo Bank” və “AFB Bank”dır.
Ən çox azalma "AFB Bank"da (86,5%), ən az azalma isə "Express Bank"da (0,7%) qeydə alınıb.
11 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar "Bank BTB", “Zıraat Bank Azərbaycan”, "Bank Respublika", “Kapital Bank”, "Rabitəbank", “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “PAŞA Bank”, Pakistan Milli Bankının Bakı filialı, "Access Bank" və “Azər-Türk Bank”dır. Ən yüksək dinamika "Bank BTB”də (6,1 dəfə dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (5,5%) qeydə alınıb.
5 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Azərbaycanda 4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "Premium Bank"dır.
Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 556,154 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 267,976 milyon manat), "Kapital Bank" (799,67 milyon manat) və "Xalq Bank"dır (155,667 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 16 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 13 d. əvvəl
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM























