"İlin sonunadək müştərilərimiz bankımızın ofislərini yeni simada görməyə başlayacaqlar"
"Xidmət və gözləmə müddətlərini 2 dəfəyədək azaltmağı hədəfləyirik"Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu gün Bankında hansı strateji layihələr həyata keçirildiyini açıqlayıb.
Marja xəbər verir ki, o, müsahibəsində "Biz daxildəki strateji layihələrimizi transformasiya layihələri adlandırırıq" deyərək sözlərinə belə davam edib:
"Çünki bu layihələr Azərbaycan Beynəlxalq Bankını dəyişdirir, müasirləşdirir və gələcəyə aparır. Misal üçün, ötən il ilk dəfə olaraq informasiya texnologiyaları və rəqəmsal istiqamətlərdə müasir idarəetmə metodu olan Agile - çevik idarəetmə metodunun tətbiqinə başladıq və sınaqdan keçirdik. Sınağımız uğurla keçdi. Bu il isə biznes istiqamətlərində də Agile metodologiyanın tətbiqini nəzərdə tuturuq.
Hazırda üzərində çalışdığımız layihəyə əsasən deyərdim ki, Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərini müştərilərimiz ilin sonunadək yeni simada görməyə başlayacaqlar. Burada onlar tamamilə fərqli xidmət təcrübəsi görəcəklər. Hədəfimiz odur ki, xidmət ofislərimizdə xidmət və gözləmə müddətlərini 2 dəfəyədək azaldaq. Rəqəmsal həllərimizin funksiyalarının zənginləşdirilməsi istiqamətində də layihələrimiz davam edir. Bu layihələrimiz imkan verəcək ki, müştərilərimiz arzu etdikləri xidmətləri məsafədən görsünlər. Bu il rəqəmsal həllərlə bağlı strateji istiqamətimizə daha çox üstünlük veriləcək".
Həmçinin oxu
Azərbaycan Beynəlxalq Bankının sədri ilə MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















