PAŞA Bank səhmdarlarından təxminən 50 milyon manat cəlb edəcək
“PAŞA Bank” 2021-2023-cü illərdə kapitalını 49,6 milyon manat artırmağı planlaşdırır. Marja xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
“Növbəti strateji dövrdə (2021-2023-cü illərdə) kapitalın adekvatlıq göstəricisini təxminən 15% səviyyəsində saxlamağı planlaşdırırıq, buna görə də biz səhmdarlardan 49,6 milyon manat məbləğində əlavə kapital cəlb etməli olacağıq”, - deyə Kazımov bu gün mətbuat konfransında bildirib.
2020-ci ildə bank nizamnamə kapitalını 333 milyon manatdan 354 milyon 511,8 min manata qədər artırıb. Artım 21 milyon 511,8 min manat məbləğində səhmlərin əlavə emissiyası hesabına baş verib. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 33,3 min manat olan 646 ədəd səhmə bölünüb.
Beləliklə, 2021-2023-cü illərdə bank nizamnamə kapitalını 404 milyon manatdan artıq məbləğədək artırmağı planlaşdırır.
PAŞA Bankın səhmdarları: "PASHA Holding" MMC (≈ 56,8195%), ADOR MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















