VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
(®️) VISA Beynəlxalq Ödəniş Sisteminin regiondakı əsas tərəfdaşlarından olan Azərbaycan Beynəlxalq Bankı təşkilatın iki mükafatına layiq görülüb. Mükafatlardan biri Bankın VISA ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında Bank kartları ilə təmassız ödəniş imkanı yaratması ilə bağlıdır. Bu layihə ötən ilin sentyabrında təqdim edilib. Yaxın zamanda Bakı–Sumqayıt istiqamətində bütün dəmiryolu stansiyalarında təmassız keçidin tətbiqi planlaşdırılıb.
VISA-nın Azərbaycan Beynəlxalq Bankına təqdim etdiyi daha bir mükafat isə NFC texnologiyası əsasında ödəniş üzüklərinin tətbiqi üzrə əməkdaşlığa aiddir. Xatırladaq ki, Bankın ölkəmizə gətirdiyi ilklərdən olan ödəniş üzüklərinin tətbiqinə ötən ilin əvvəlindən başlanıb. Bu üzüklər adi bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















