“Naxçıvanbank”ın mənfəəti cüzi artıb
“Naxçıvanbank” ASC 2021-ci ilin ilk rübnü 2 milyon 240 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin ilk rübünü 2 milyon 177 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 4 milyon 113 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 440 min manat, əməliyyat mənfəəti 2 milyon 673 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 432 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 3 milyon 975 min manat, cəmi əməliyyat xərcləri 1 milyon 367 min manat, əməliyyat mənfəəti 2 milyon 608 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 430 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində "Naxçıvanbank" 268 milyon 577 min manat cəmi aktivlərə, o cümlədən 122 milyon 478 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 298 milyon 577 min manat cəmi aktivlərə, 117 milyon 88 min manat kredit portfelinə malik idi.
31 Mart 2021-ci il tarixində "Naxçıvanbank" 87 milyon 291 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















