Xalq Bank 2021-ci ilin ilk rübünün yekunlarını açıqladı
2021-ci ilin 31 mart tarixinə olan maliyyə göstəricilərinə görə ASC “Xalq” Bankının cəmi aktivləri 2 milyard 130 milyon manat təşkil edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan tarixə “Xalq” Bankın müştərilərə verdiyi kreditlərinin həcmi 1 milyard 412 milyon manat, depozit portfelinin həcmi isə 1 milyard 364 milyon manat olub.
Bank 2021-ci ilin ilk rübü ərzində 4,7 milyon manat xalis mənfəət əldə edib.
Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,45% (10,2 milyon manat) artaraq 426 milyon 970 min manat təşkil edib.
Xalq Bank əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından biridir.
Aprel ayının 14-də Moody’s Investors Service Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















