Azərbaycanın 4-cü böyük bankı maliyyə göstəricilərini açıqladı
Aktivlərinin məbləğinə görə Azərbaycanda 4-cü böyük bank olan Xalq Bank 2021-ci ilin 1-ci rübünü 4 milyon 712 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə Xalq Bankın cəmi əməliyyat gəlirləri 25 milyon 589 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 419 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 170 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 2 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 1 milyon 471 min manat mənfəət vergisi ödəyib. Beləliklə, Bank ilk rübü 4 milyon 712 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri 35 milyon 448 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 38 min manat, əməliyyat mənfəəti 16 milyon 410 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırması 5 milyon 441 min manat, ödədiyi mənfəət vergisi 1 milyon 928 min manat, xalis mənfəəti 9 milyon 44 min manat təşkil etmişdi.
AKTİVLƏRİ 2 MİLYARD MANATDAN ÇOXDUR
31 Mart 2021-ci il tarixindən Xalq Bank 2 milyard 130 milyon 424 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 411 milyon 578 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 2 milyard 353 milyon 90 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 475 milyon 123 min manat kredit portfelinə malik idi.
31 Mart 2021-ci il tarixindən Xalq Bankda depozitlər 1 milyard 364 milyon 424 min manat təşkil edib.
Bank Martın sonunda 429 milyon 367 min manat məcmu kapitala malik olub.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan iqtisadiyyatının azaldığı bir dövrü Xalq Bankın mənfəət ilə başa vurması qeyd edilməlidir.
Həmçinin oxu
24 bank xalis mənfəət açıqlayıbMüştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 9 saat sonra
- 20 d. əvvəl
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























