Böyük Britaniyanın ən sevimli 10 şirkəti – siyahı
Siyahıda nə Google, nə Facebook, nə də Tesla var... Əvəzində “Big 4”-dan 3-ü ordadır.Özündə peşəkarları birləşdirən ən böyük biznes sosial şəbəkələrindən olan LinkedIn Böyük Britaniyada ən arzuolunan və perspektivli şirkətlərin siyahısını açıqlayıb.
Marja xəbər verir ki, işçilərə ən yaxşı və uzunmüddətli karyera qurmaq şansı verən şirkətlərin siyahısında İngiltərənin Barclays bankı ən yaxşı olub.
2020-ci ilin yanvar-dekabr aylarını əhatə edən araşdırmada şirkət əməkdaşlarının peşəkar aktivliyi, şirkətin inkişaf qabiliyyəti, bilik və bacarıqların artırılması, xaricə doğru genişlənmək potensialı, gender müxtəlifliyi və təhsil kimi fərqli kateqoriyalar əsasında qiymətləndirmə aparılır.
Araşdırma müəyyən edib ki, Barclays bankı güclü mentorinq proqramı, eləcə də şəxsi inkişafla bağlı məcburi təlim imkanı təqdim edir. Əslində, 2018-ci ildə işçilərlə şirkət arasında baş vermiş qalmaqaldan sonra belə bir nəticə maraqlıdır. Həmin ildə baş direktor Jes Staley bank əməkdaşlarının fəaliyyətini tənqid edən anonim şikayətçinin kimliyini açıqlamaq cəhdinə görə cərimə olunmuşdu.
3400-dən artıq obyektə malik supermarketlər şəbəkəsi Tesco ikinci, Natwest Group bankı üçüncü olub. Qlobal auditor şirkətləri bir çox iri korporasiyaları və biznesləri qabalqayaraq, reytinqdə öz yerlərini tuta bilib. Tam siyahı aşağıdakı kimidir:
1. Barclays – bank
2. Tesco - ərzaq mağazaları şəbəkəsi
3. Natwest Group – bank
4. BT – telekommunikasiya şirkəti
5. PwC UK – peşəkar audit və analitik xidmətlər şirkəti
6. Deloitte - peşəkar audit və analitik xidmətlər şirkəti
7. Sainsbury’s – ərzaq mağazaları şəbəkəsi
8. Erntst&Young (EY) - peşəkar audit və analitik xidmətlər şirkəti
9. UpWork – frilans platforması
10. BBC – teleradio şirkəti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 23 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi












.jpg)






