Adidasdan hamıya marketinq dərsi
Boykotun əks təsiri - 156% artım!Almaniyanın məşhur idman malları şirkəti, Avropanın birinci, dünyanın Nike-dan sonra ikinci ən iri idman malları istehsalçısı, həmçinin Reebook-un tam, Bayern München futbol klubunun 8 faizlik paylarının sahibi Adidas cari ilin birinci rübündə fəaliyyətinin nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkət satışlardan gəlirlərini 20% artıraraq, 5,27 milyard avroya (6,37 milyard dollara) çatdırıb. Əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə (2020 - 48 milyon avro) müqayisədə görünməmiş dərəcədə artaraq, 704 milyon avro təşkil edib. Xalis mənfəət də kifayət qədər iri həcmli yüksəliş nümayiş etdirirək, 502 milyon avroda (607 milyon dollar) qərarlaşıb. Ötən ilin ilk üç ayında bu rəqəm cəmi 26 milyon avro idi. Adidas xalis borclarını 2020-ci ilin müvafiq dövrü (4,82 milyard avro) ilə müqayisədə 1,52 milyard avro azaldaraq, 3,29 milyard avroya çatdırıb.
Şirkətin üç əsas strateji region bazarında gəlirləri artıb. Xüsusən Çində satışlar fantastik dərəcədə - 156% yüksəlib. Çin hökuməti və ictimaiyyətinin əksər Qərb məhsullarını boykot etməsi də Adidasın satışlarına mane ola bilməyib. Xatırladaq ki, Adidas da uyğur müsəlmanlarına qarşı repressiyaları və təqibləri pisləyən əksər beynəlxalq şirkətlər sırasındadır. Şirkət Çində qeyri-rəsmi “qara siyahı”ya salınsa da, Adidasın düzgün marketinq strategiyası və çinlilərin idman mallarına sevgisi hər şeydən üstün olub.
Digər bazarlardan Şimali Amerikada 8%, Latın Amerikasında 18%, Avropa, Orta Şərq və Afrikada 8%, Asiya-Sakit okean regiounda 4% artım qeydə alınıb. Bu il martın sonuna şirkətin bütün beynəlxalq bazarlardakı mağazalarının 89%-i artıq pandemiya səbəbindən məhdudiyyətləri geridə qoyaraq, fəaliyyətini tam bərpa edib.
Adidasın şefi Kasper Rorsted cari ildə qarşıdan gələn Futbol üzrə Avropa Çempionatı və Copa America sayəsində satışları daha da artıracaqlarını, xalis mənfəətin il sonuna 1,25 - 1,45 milyard avroya çatacağının proqnozlaşdırıldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
41 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
58 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















