55 milyard dollar - Səudiyyənin yeni hədəfi
Krallığın maliyyə naziri yeni planları açıqlayıb.Səudiyyə Ərəbistanı hökuməti növbəti illərdə büdcə kəsirini azaltmaq və gəlirləri artırmaq üçün nəhəng özəlləşdirmə proqramına gedir.
Marja Financial Times-a istinadla xəbər verir ki, Krallığın maliyyə naziri Mohammad al-Jadaan rəsmi Riyadın 2025-ci ilə qədər 16 sektoru əhatə edən 160 layihəni ilkin olaraq seçdiyini bildirib. Bura həm aktivlərin satışı, həm də dövlət-özəl əməkdaşlığı (PPP) vasitəsilə yeni sərmayələrin cəlb olunması daxildir. Aktivlərin satışı vasitəsilə 38 milyard dollar, dövlət-özəl əməkdaşlığı mexanizminin köməkliyi ilə isə 16,5 milyard dollar vəsaitin əldə olunması hədəflənir.
Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 79 milyard təşkil edib ki, bu da ölkənin ÜDM-nin 12 faizinə bərabərdir. Ötən ilki pandemiya və neft qiymətlərində kəskin ucuzlaşma şokundan yenicə özünə gəlməyə başlayan Krallıq 2021-ci ildə fiskal kəsiri ÜDM-in 4-9%-i həddinə qədər azaltmaq niyyətindədir. Hökumət səhiyyə infrastrukturu və xidmətləri sektorunu, eləcə də şəhər nəqliyyatı şəbəkəsini, məktəb tikintisini, hava limanı xidmətlərini, dəniz suyunun şirinləşdirilməsi və kanalizasiya sektorunu özəl sektora outsors etməyi planlaşdırır. Satılacaq aktivlər sırasında isə teleyayım qüllələri, dövlət mülkiyyətində olan otellər və soyutma və suyun şirinləşdirilməsi zavodları var.
Ölkənin əsas rifah fondu olan İctimai İnvestiya Fondunun (İİF) mülkiyyətində olan müəssisələr, eləcə də dövlət neft şirkəti olan Saudi Aramco-nun pay satışları özəlləşdirmə proqramına daxil deyil. “Aramco-nun iki növ satışları var. Onların boru kəmərləri kimi öz aktivləri satılaraq, əldə olunan vəsair təkrar investisiya edilə bilər. Aramco-nun səhmlərinin satışına gəldikdə is, bunu biz təşkil edirik və əldə olunan gəlirləri yeni sektorların inkişafı üçün İİF-na köçürürük.” - maliyyə naziri bildirib.
Qalmaqallı şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında elan edilən “Vision 2030” proqramının tərkib hissəsi olan özəlləşdirmə prosesinin necə nəticələnəcəyi maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
13 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)



.jpg)




