“AccessBank” 2020-cu il üzrə audit hesabatını açıqladı
“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, hesabata əsasən, 2020-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 805 milyon manat təşkil edib. Bunun əhəmiyyətli hissəsi - 57%-i kredit portfelində cəmlənib.
Yüksək likvidli vəsaitlərin payı 15%-dən 20%-ə artıb. Bankın depozit portfeli isə 6% azalıb.
Kredit portfelinin 2019-cu illə müqayisədə azalmasına baxmayaraq, xalis faiz gəliri 718 min manat artıb.
Kredit riskini ödəmək üçün yüksək xərclər səbəbindən Bank 19 milyon manat məbləğində zərərdədir.
“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın göstəricilərini şərh edib:
“2020-ci il həm bank sistemi, həm müştəriləri, xüsusən də biznes müştəriləri üçün çətin bir il oldu. Müştərilərimizə dəstək olmaq üçün həllər hazırladıq. Bunların və sıx ünsiyyətin sayəsində bir çox müştərilərimizin kreditlərini bağlamalarında yaranmış problemləri həll etdik. Restrukturizasiyanın ümumi həcmi 163.5 milyon manata çatdı. Bu da öz növbəsində kredit riski zərərlərinin ödənilməsi xərclərində əksini tapdı. Beynəlxalq standartlara görə, restrukturizasiya olunmuş kreditlər ehtiyatların əhəmiyyətli dərəcədə artmasını tələb etsə də, biz kredit portfelimizin keyfiyyətinin kifayət qədər yüksək olduğuna əminik və gələn il bu ehtiyatların azad edilməsini və müvafiq olaraq da Bankın mənfəət əldə edəcəyini görəcəyik.
Bank davamlı olaraq inkişaf edir və pandemiya dövründə fəal olaraq kredit verməyə başlayanlardan biri oldu. Komandamızın dəyişən mühitə sürətlə uyğunlaşması, çətin mühitlərdə əsaslandırılmış qərarlar qəbul etməsi və müştərilərimizlə hər zaman açıq və dürüst ünsiyyət qurmağımız təşkilat olaraq bizi daha da gücləndirdi."
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Göstəricilər ilə tanış olmaq üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















