193 fermer AKİA dəstəyi ilə “AccessBank”dan kredit alıb
(®️) “AccessBank” fermerlərə dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193 sahibkar dövlətin aqrar sahəyə verdiyi güzəştli mikrokreditlərdən faydalana bilib.
“AccessBank” cari dönəmdə dövlət xətti ilə fermerlərə 1 milyon 996 min AZN həcmində kredit verib. Lənkəran, Bərdə, Mingəçevir, Gəncə və Şəki sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar əsasən heyvandarlıq sahəsinin inkişafı üçün müraciət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15.000 AZN-dək mikrokredit vermək imkanı yaradılıb.
Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:
https://www.accessbank.az/az/business/loans/alda-loans/
Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin “AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına yaxınlaşa bilərlər. “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















