Daha bir bazar "aktyorundan" yeni neft proqnozu
Citi: Brent neftin qiyməti 80 dollara yüksələ bilərPeyvəndləmənin sürətlənməsi və epidemiya tədbirlərinin yumuşaldılması ilə iqtisadi artım bərpa olunur və neftə tələb artır. Marja xəbər verir ki, bazar "aktyorları" neft qiymətlərinə dair proqnozlarını yuxarı istiqamətdə yeniləyirlər.
Qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti "Citigroup", pandemiya tədbirlərinin yumuşaldılması ilə əlaqədar olaraq daha əvvəl təxirə salınan tələbin geri gəlməsinin təsirilə qlobal tələbdə yaşanan artımın Brent neftin qiymətini 80 dollar səviyyəsinə yüksəldə biləcəyini proqnozlaşdırır.
"Citigroup" analitikləri, Avqustda qlobal neft məhsulları tələbinin ən yüksək səviyyəyə çata biləcəyini qeyd ediblər.
Analitiklər ABŞ-da maye yanacaq istehlakının təxminən gündəlik 1 milyon barel artacağını nəzərdə tuturlar.
Hazırda Brent neftin qiymət 74 dollardan yüksəkdir və ilin əvvəlindən bu yana 42% artıb. Brent neftinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabr ayında 80 dolları görmüşdü.
ABŞ-ın “Goldman Sachs” sərmayə bankı Brent markalı neftin qiymətinin 80 ABŞ dollarına, qlobal investisiya bankı "UBS" isə 78 dollara çagtacağını nəzərdə tutur.
Həmçinin oxu
Qlobal bank neftə dair qiymət proqnozunu artırdıMüştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
2 saat əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
2 saat əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
-
16 saat əvvəl
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
-
20 saat əvvəl
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
- 21 saat əvvəl
-
21 saat əvvəl
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
-
21 saat əvvəl
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
-
21 saat əvvəl
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Ən çox oxunanlar
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
“İdeal Kredit BOKT”ın xalis mənfəəti 28% artıb







.jpg)







.jpg)






