90 il əvvəl cəmi 20 dollara, indi isə 19 milyon dollara - dünyanın ən bahalı monetası
1933-cü ildən qalma qadağan olunmuş qızıl sikkə rekord qiymətə satılıb.2 gün öncə Nyu-Yorkun Sotheby’s auksonunda maraqlı bir hadisə yaşanıb.
Marja xəbər verir ki, 1933-cü ildə ABŞ zərbxanasında buraxılmış qızıl sikkə rekord qiymətə - 18,9 milyon dollara satılıb. Bununla da dünyanın ən bahalı monetası rekordu yenilənib.
Maraqlı və sirli tarixçə...
1792-ci ilin aprelində yenicə müstəqillik qazanmış Amerika Birləşmiş Ştatları Konqresinin qəbul etdiyi və prezident Corc Vaşinqtonun imzaladığı Qanuna əsasən, ABŞ dolları gənc dövlətin pul vahidi kimi təsdiqləndi. Qanun həmçinin ABŞ Zərbxanasının yaradılmasını və sikkələrin buraxılması qaydalarını müəyyənləşdirdi.
Həmin ildən başlayaraq, bir üzündə ABŞ-ın müstəqillik simvolu olan Azadlıq İlahəsinin təsviri, digər üzündə qartal olan aşağdıakı qızıl dollar sikkələr dövriyyəyə buraxıldı:
Eagle (10 dollar, 17,5 qram) - 1795-1933-cü illər;
Half Eagle (5 dollar, 8,75 qram) - 1795-1929-cu illər;
Quarter Eagle (2,5 dollar, 4,37 qram) - 1796-1929-cu illər;
Double Eagle (20 dollar, 33,44 qram) - 1849-1933-cü illər.
1904-cü ildə o zamankı ABŞ prezidenti Teodor Ruzvelt 20 dollarlıq sikkənin yeni dizaynının hazırlanmasını memar Avqust Sent-Qaudensə tapşırdı. 1907-ci ildə vəfat edən memar yeni dizayndakı monetanı görə bilməsə də, 1933-cü ilə qədər 20 dollarlıq sikkə məhz onun verdiyi quruluşda buraxıldı.
ABŞ demokratiyasından Misir krallığına...
1933-cü ildə ABŞ-dakı iqtisadi böhran fonunda qızıl sikkələrin dövriyyədən yığışdırılması barədə qərar qəbul edildi. Elə həmin ildə istehsal edilmiş 400 mindən artıq Double Eagle da digər qızıl monetalar kimi ləğv olunaraq, əksəriyyəti əridildi. Lakin 20 ədəd qiymətli eksponat sirli bir şəkildə oğurlanaraq, az qala bütün dünyanı dolaşıb....
1944-cü ildə bu sikkələrdən birini Misir Kralı Faruq satın alıb. Daha sonra yenidən əl dəyişdirən moneta 2002-ci ildə naməlum şəxsə 7,6 milyon dollara satılıb. Əsrarəngiz səyahətini davam etdirən qızıl 20-lik məşhur ayaqqabı dizayneri və biznesmen, Hollivudun ən varlı aktyorları, Beyons və digər müğənnilər üçün özəl ayaqqabılar hazırlayan Stuart Weitzmanın əlinə keçib.
Nəhayət, 2 gün öncə Nyu-York auksionunda yenidən adı bilinməyən şəxs bu nadir eksponatı Weitzmandan 18,9 milyon dollara alaraq, dünyanın ən bahalı puluna sahib olub. Bəlkə də, bu qiymət hələ son deyil...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
12 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)








.jpg)








