Muğanbankın reytinqi yüksəldi - SƏBƏBLƏR
22 iyun 2021-ci il tarixdə S&P Global Ratings beynəlxalq reytinq agentliyi Muğanbank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini '"CCC + / C"dən "B- / B" səviyyəsinə yüksəltmiş, banka dair proqnozunu Sabit olaraq qiymətləndirmişdir.
Bu barədə Marja-ya Muğanbankdan bildirilib.
Agentliyin məlumatına əsasən, Muğanbankın ani likvidlik əmsalı sabitləşmiş və 2021-ci ildə (minimum normativ 30%-lə müqayisədə) 50%-dən yuxarı olmuş, fiziki şəxslərin depozit bazası isə 2021-ci il aprel ayının əvvəlində depozitlərin tam sığortalanma müddəti bitdikdən sonra artmışdır.
Məlumatda, həmçinin, banka, nəzarətçi səhmdarı tərəfindən 5 milyon Azərbaycan manatı məbləğində kapital qoyuluşunun edildiyi və bankın 2021-ci ilin ilk beş ayı ərzində yerli mühasibat standartlarına uyğun olaraq kiçik həcmdə mənfəət əldə etdiyi qeyd edilir. Qeyd edilən müsbət tendensiyalar, S&P Global Ratings-in bank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini "CCC + / C" səviyyəsindən "B- / B" səviyyəsinə yüksəltməsinə səbəb olmuşdur.
Agentlik, növbəti 12 ay ərzində bankın reytiqinin "Sabit"dən "Müsbət" səviyyəyə yüksələcəyini ehtimal etmir, bankın franşizasının rentabelli böyümə ilə nəticələnmədiyi və aktivlərin keyfiyyətindəki yaxşılaşma tendensiyasının əksinə olacağı təqdirdə isə, növbəti 12 ay ərzində mənfi reytinqin yarana biləcəyini, depozitlərin bankdan axını baş verdikdə, likvidliyin zəifləyəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















