Azərbaycanda Türk Lirəsində bank kartı istifadəyə verildi - BİR İLK
Artıq “Bankkart” Türk Lirəsi valyutasında.Bu gün Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlıq möhkəmlənir. İstər ticarət, istər təhsil, istər sadəcə istirahət etmək məqsədi ilə vətəndaşlarımız Türkiyəyə səfər edir. Müxtəlif saytlar üzərindən alış-veriş edən vətəndaşlarımızın sayı da kifayət qədər yüksəkdir.
Mövcud tendensiyanı nəzərə alaraq, müştərilər üçün daha rahat və sərfəli ödəniş imkanının yaradılması məqsədi ilə "Ziraat Bank Azərbaycan" çoxdandır gözlənilən bir ilkə imza atıb. Belə ki, “Bankkart” artıq Türk Lirəsi valyutasında istifadəyə verilib.
Kart hazırda VISA Klassik növündə müştərilərə təqdim edilir. Azərbaycanda ilk dəfə buraxılan, Türk Lirəsi valyutasında bu kart vasitəsi ilə ödəniş etdikdə, müştərilər bir çox üstünlüklər əldə edəcəklər:
- Vəsait xərcləndikdə ikiqat konvertasiya faizi tutulmur;
- Konvertasiya komissiyası yoxdur;
- Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma komissiyası 0.5% (min. 10 TL) təşkil edir.
Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir. Müştərilər TL valyutasında ödənişlərini "Bankkart" vasitəsi ilə reallaşdırarkən əlavə konvertasiya əməliyyatlarının baş tutmaması səbəbi ilə komissiya müştəridən tutulmur və konvertasiya itkisi baş vermir.
Həmçinin hazırda Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutası üzrə müştərilərə ən sərfəli məzənnə təklif edən banklardandır.
Kartın sifarişi üçün müştərilər şəxsiyyət vəsiqələri ilə bankın istənilən filialına yaxınlaşa bilərlər.
Bankdan verilən məlumata əsəsən, yaxın günlərdə onlayn sifariş imkanın yaradılması və kart istifadəçilərinə yeni imtiyazlarında da təqdim edilməsi gözlənilir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























