"MCB" BOKT-un xalis mənfəəti 21% azalıb
"MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 491 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən təxminən 21% azdır.
Ötən il "MCB"nin vergiyəqədərki mənfəəti 615 min manat (illik müqayisədə 10,5% az), mənfəət vergisi ödəmələri isə 124 min manat (89,35% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "MCB"nin aktivləri 8,775 milyon manat olub ki, bu da illik müqayisədə 15,3% azdır. Bunun 7,906 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18,7% kiçilib.
Hesabat dövründə "MCB"nin öhdəlikləri 32,8% azalaraq 4,255 milyon manata düşüb, balans kapitalı isə 12,2% artaraq 4,52 milyon manata çatıb.
Xatırladaq ki, "MCB" 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,239 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur. Maliyyə qurumu hələ ki, Azərbaycan Mərkəzi Bankından BOKT lisenziyası almayıb.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
©️ "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















