Azərbaycandakı banklardan biri yarımillik maliyyə göstəricilərini açıqladı
"Bank Melli İran" Bakı filialı 2021-ci ilin ilk 6 ayını 575 min 159 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Filial ötən ilin ilk 6 ayını 460 min 875 manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, "Bank Melli İran" Bakı filialının 2020-ci ilin yanvar-iyun dövründə faiz gəlirləri 1 milyon 281 min 633 manat ikən, 2021-ci ilin eyni dövründə 1 milyon 703 min 486 manat təşkil edib (421 min 853 manat və ya 33% artıb).
Bankın haqq və komissiya gəlirləri 69 min 890 manatdan 86 202 manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə filialın müştərilərə verdiyi kreditlər 2 milyon 958 min manat və ya 56,6% artaraq 30 İyun 2021-ci il tarixində 8 milyon 179 min manata çatıb. Ötən ilin sonunda "Bank Melli İran" Bakı filialının kredit portfeli 5 milyon 222 min manata çatmışdı.
Həmçinin, 30 İyun 2021-ci il tarixində filialın 90 milyon 641 min manat cəmi aktivlərinin 49 milyon 557 min manatı nağd vəsaitlər, 24 milyon 554 min manatını ticarət üçün alınmış qiymətli kağızlar təşkil edib. Ötən ilin sonunda bankın aktivləri 93 milyon 699 min manat o cümlədən nağd vəsaitlər 55 milyon 386 min manat, ticarət üçün alınmış qiymətli kağızlar 22 milyon 430 manat təşkil etmişdi.
30 İyun 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 37 milyon 953 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

















