Prezident DOST Mərkəzinin açılışında iştirak etdi
İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışı olub.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Fəaliyyətində sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasını rəhbər tutan DOST mərkəzləri qısa zamanda vətəndaşlarımızın etibarını qazanıb. Bu gün bu mərkəzlərin sırasına – Abşeron DOST Mərkəzi də əlavə olunur. Bu, sayca beşinci mərkəzdir.
Sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması Azərbaycanın yeni brendinin spesifik cəhətləri sırasındadır. Yeni Abşeron DOST mərkəzi də özündə bu xüsusiyyətləri tam əks etdirir. Ümumilikdə 445 mindən çox şəxsin dost mərkəzlərinə müraciəti nəticə etibarilə 97,4 faizlik göstərici ilə vətəndaş məmnunluğuna səbəb olub.
Beləliklə, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən və Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST konsepsiyası çərçivəsində istifadəyə verilən növbəti mərkəzdə vətəndaşlarımız məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji xidmət olmaqla, ümumilikdə 152 adda xidmətdən rahatlıqla yararlana bilərlər.
Qeyd edək ki, maraqlı memarlıq layihəsi olan yeni DOST mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək.
Dost mərkəzlərinin daha bir əhəmiyyəti həssas təbəqədən olan vətəndaşlara dövlət qayğısını özündə əks etdirməsi ilə bağlıdır. Yaxın iki ay ərzində DOST mərkəzində Prezident İlham Əliyevin bu ilin iyununda imzaladığı Fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək, onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 d. əvvəl
6 ayda 165 milyon manat gəlir – dövlət şirkəti sürətlə böyüyür
-
27 d. əvvəl
Azərbaycandan balıq kürüsü ixracı 2,7 dəfə artıb – Azərbaycan 12 ölkəyə kürü satıb
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
57 d. əvvəl
Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir
-
1 saat əvvəl
Dövlət şirkətlərində rəqəmlər dəyişib: ixrac 75%, mənfəət 50% artıb
-
1 saat əvvəl
Azərbaycanda ov turizmi üçün iki təsərrüfat yenidən qurulacaq
-
1 saat əvvəl
Türk Hava Yolları Asiya uçuşlarını 20%-dək artırmağa hazırlaşır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Dövlət şirkətlərində rəqəmlər dəyişib: ixrac 75%, mənfəət 50% artıb
Ən çox oxunanlar
Azərbaycanda ov turizmi üçün iki təsərrüfat yenidən qurulacaq
Türk Hava Yolları Asiya uçuşlarını 20%-dək artırmağa hazırlaşır
Naftalan yaşlı turistlər üçün uyğunlaşdırılacaq
Bayılda Kulinariya, Tuğda Enoturizm Təcrübə Mərkəzi yaradılacaq
Rəsmi məzənnələr açıqlandı
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Micron AI "savaşına" 10 milyard dollarla daxil olur























