“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb - SİYAHI
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb.
Maja xəbər verir ki, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11 min 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilən şəxslərdir.
Qaliblərin adlarını təqdim edirik:
1. Quliyev Orxan Madar oğlu
2. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu
3. Əliyev Fərrux Mübariz oğlu
4. Xəlilova Rzazadə Leyla Qara qızı
5. Yusibov Orxan Aydın oğlu
6. Alıyev Kamil Amil oğlu
7. Hümbətov Cavid Vaqif oğlu
8. Seyranov Xamis Rəşad oğlu
9. Soltanov Elşən Şəmsəddin oğlu
10. Novruzov Nazim Mikayıl oğlu
11. Kərimov Samir Balaxan oğlu
12. Hüseynov Fəxri İslam oğlu
13. Mirzəzadə Elçin Yaşar oğlu
14. Süleyman Turxan Raquf oğlu
15. Mirzəliyev Ruslan Füzuli oğlu
16. Zakirov Orxan Tahir oğlu
17. Cəfərov Cəfər Əbülfət oğlu
18. Məmmədov Məhəmməd İlqar oğlu
19. Qafarzadə Ləman İsbəndiyar qızı
20. Alızadə Ramtiq Natiq oğlu
21. Mirzəzadə Vüqar Yaşar oğlu
22. Feyzullayev Tural Hicrət oğlu
23. Əliyev Semral Adil oğlu
24. Abbasov Saməddin Fəxrəddin oğlu
25. Qazı zadə Orxan Cavanşir oğlu
26. Məlikova Ülkər Mustafa qızı
27. Hidayətli Güldənə Şahin qızı
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 1 saat əvvəl
-
5 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
8 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
8 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib





















