Azərbaycanın bank sektorunun yarımillik xalis qazancı açıqlandı
Azərbaycanın bank sektoru 2021-ci ilin 1-ci yarısını 366,3 milyon manat xalis mənfəət ilə başa vurub.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun xalis mənfəəti 5,4 milyon manat az olub.
Bank sektoru 2020-ci ilin 1-ci yarısını 371,7 milyon manat xalis mənfəət ilə bağlamışdı.
2021-ci ilin yanvar-iyun dövründə bankların cəmi faiz gəlirləri 1 milyard manatdan çox - 1 milyard 8,6 milyon manat təşkil edib (ötən ilin eyni dövründə 954,7 milyon manat). Bankların yarımilllik qeyri-faiz gəlirləri isə 319,5 milyon manatdan 418.9 milyon manata yüksəlib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən ilin ilk yarısında bank sektorunun əməliyyat mənfəəti 430,4 milyon manat ikən, cari ilin ilk yarısında 502,4 milyon manat təşkil edib. Lakin banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 73.5 milyon manat ayırma etdiklərindən sektorun xalis mənfəəti az olub. Ötən ilin ilk yarısında isə əksinə - ehtiyatdan 22,1 milyon manat azad olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















