Kapital Bank-ın aktivləri 6 milyard manata yaxınlaşır
1 iyul 2021-ci il tarixinə Kapital Bank-ın aktivləri 5,7 milyard manat təşkil edib. Bank 1 Aprel 2021-ci il tarixində 4,9 milyard manat, 31 Dekabr 2020 il tarixində isə 4,6 milyard manat cəmi aktivlərə malik idi.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat olub. Bu məbləğ ötən ilin sonunda təxminən 2,2 milyard manat idi.
Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2021-ci il tarixinə 4,4 milyard manat olub (ötən ilin sonunda 3,8 milyard manat).
Bankın 1 iyul 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















