"PAŞA Həyat" İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Gələcəkdə birgə layihələr icra ediləcək(®️) 12 avqust 2021-ci il tarixində imzalanmış Əməkdaşlıq müqaviləsi qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təcrübə mübadiləsi sessiyaların təşkili, gələcək üçün İT mütəxəssislərinin yetişdirilməsi və onların inkişafı, innovativ rəqəmsal həllərin tətbiqi yönündə olan fəaliyyətləri əhatə edir.
Qeyd edək ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır. Palatanın ölkələrarası əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfəsi var.
Məlumat üçün bildirək ki, hazırda “PAŞA Həyat Sığorta” ASC 2021-2023 illəri əhatə edən yeni strateji dövrdədir və dinamik inkişafa nail olmağı hədəfləyən şirkət rəqəmsal transformasiyanı və innovativ həlləri öz fəaliyyətində əsas tutub. İmzalanmış əməkdaşlıq innovasiyaya böyük önəm verən PAŞA Həyat üçün əhəmiyyətli rol kəsb edir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ




























