"Əmanət faizlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur" - DEPUTAT
"Kreditlərə əlçatanlıq üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var""Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklada bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2.3 faiz artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7.7 milyon manat olub.
Problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb".
Marja xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramlı şəxsi "Facebook" hesabında yazıb.
Millət vəkili qeyd edib ki, eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar.
"Depozit dividentlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















