"Sərəncamların onlayn idarə edilməsi" xidməti artıq onlayn bankda - AZƏRBAYCANDA BİR İLK
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ASC, öz korporativ müştəriləri, həmçinin kiçik və orta biznes sahibləri üçün biznes proseslərinin dayanmadan fəaliyyət göstərməsinə dəstək verəcək növbəti yeniliyi təqdim edib.
“PAŞA Bank” ASC müştərilərinin işini rahatlaşdıracaq “Sərəncamların onlayn idarə edilməsi” xidmətini onlayn banka əlavə edib. Ölkədə ilk dəfə təklif olunan bu xidmət sayəsində “PAŞA Bank”ın onlayn bank platforması vasitəsilə hesablarınıza daxil olan sərəncamları günün istənilən saatında, real vaxt rejimində izləmək və idarə etmək mümkündür. Bu funksionallıq sərəncamların qanunvericiliklə müəyyən edilmiş qaydada, effektiv və operativ şəkildə icrasını təmin edir. Bunun üçün sadəcə ASAN İmzanın olması kifayətdir.
Qeyd edək ki, “Sərəncamların onlayn idarə edilməsi” xidməti yaxın zamanda "PAŞA Biznes" mobil tətbiqində də yer alacaq və müştərilər bu xidmətdən istənilən yerdə və istənilən zaman rahatlıqla istifadə edə biləcəklər.
Xidmətin istifadəsi ilə bağlı yarana biləcək suallara *8123 / (012) 4965004 nömrəli çağrı mərkəzinə zəng etməklə cavab tapmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















