Təhsil krediti alacaq I kurs tələbələri ödədiyi təhsil haqqını geri ala biləcəklər
"Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır".
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək: "Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".
N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər. Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















