“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir
“Başak İnam Sığorta” ASC-nin səhmlərinin 14%-nə nəzarət edən Türkiyənin "Groupama Sıgorta" şirkəti payını satmaq istəyir. Bu barədə sığorta bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, buna səbəb türk şirkətinin sahibi olan Fransanın “Groupama” şirkətinin Türkiyədəki sığorta biznesini satmaq istəməsidir. Son nəticədə fransızlar Azərbaycan bazarından da çıxmağa qərar veriblər.
Bununla belə, hələ ki, “Groupama Sigorta”nın “Başak İnam Sığorta”dakı payını almaq istəyən yoxdur. Hazırda Azərbaycan şirkətinin səhmdarlarının diqqəti daha çox digər səhmdara – ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə yönəlib.
Məsələ ondadır ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu isə o deməkdir ki, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.
Odur ki, “Başak İnam Sığorta”nın səhmdarları təcili olaraq şirkətin nizamnamə kapitalını artırmalı və “Zaminbank”ın yerini doldurmalıdır. Bu məsələ səhm sahiblərinin ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında müzakirə edilib. İclasın yekununda qəbul edilmiş qərarın gələn həftə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Müşahidə Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
-
1 gün əvvəl
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
-
1 gün əvvəl
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Noyabrın 15-də gözlənilən hava şəraiti
Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edildi
Süni intellekt maliyyə riskləri siyahısında birinci oldu – FED-in sorğusunda üç narahatlıq
Trampın Çin səfərində “Nvidia” ilə bağlı casusluq iddialarını gündəmə gətirəcəyi gözlənilmir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Starship”in 15-ci sınağı – birinci pillə körfəzdə alovlandı, ikinci pillə uçuşa davam etdi
Nvidia-nın bazar dəyəri 4 trilyon dollardan aşağı düşdü – Huanqın istefası şirkəti sarsıdır
ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçib
Avtomobil lizinqi ilə məşğul olan şirkət kapitalını artır
Vyetnam şirkətilə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yığılması müzakirə edilib



















