“PAŞA Bank” Rusiya bankı ilə birgə həyata keçirilən əqdini uğurla tamamladı
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank iki maliyyə təşkilatı arasında bağlanmış müqavilə çərçivəsində Rusiyanın "ROSEKSIMBANK" bankından vəsaitlərin cəlb edilməsi üzrə sövdələşməni uğurla başa vurub.
PAŞA Bankın yaydığı məlumata görə, Xarici tərəfdaşdan cəlb olunan vəsait Azərbaycanın aparıcı logistika şirkətlərindən biri “Alliance Logistics” ilə Rusiyanın “RM Rail” şirkəti arasında "Ruzximmaş" ASC tərəfindən istehsal olunan 100 yük vaqonunun alınması üçün ixrac müqaviləsinin maliyyəşdirilməsinə yönəldilmişdir. "ROSEKSIMBANK"-ın iştirakı ilə belə bir sövdələşmə yerli bazarda ilk dəfə olaraq “PAŞA Bank” tərəfindən həyata keçirilir.
“PAŞA Bank”-ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, iqtisadiyyatın real sektorunda çalışan şirkətin uğurlu maliyyələşdirilməsi Bankımızın ölkənin qeyri-neft sektorunun inkişafına dəstək verməkdə fəal mövqeyini bir daha təsdiqləyir.
“Biz əminik ki, bu layihə iki ölkənin biznes dairələri arasında idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına və növbəti iri əqdlərin bağlanmasına yeni üfüqləri açacaq. Müxtəlif biznes sahələri üzrə bir çox zəngin təcrübəyə malik olan PAŞA Bank iqtisadiyyatın real sektorunda çalışan sahibkarların fəaliyyətinə, o cümlədən xaricdəki tərəfdaşlar ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə fəal dəstək verməyə hazırdır”, - Taleh Kazımov bildirmişdir.
“Alliance Logistics” şirkətin icraçı direktoru Natiq Heydərovun sözlərinə görə xidmətlərin səmərəliliyi və keyfiyyətli göstərilməsi sayəsində PAŞA Bank həm cari sövdələşmənin, həm də digər layihələrin həyata keçirilməsində özünü etibarlı bir maliyyə tərəfdaşı kimi göstərir.
“Alliance Logistics” komandası olaraq bu layihənin bütün iştirakçılarına – “PAŞA Bank” və “ROSEKSIMBANK”, “Rusiya İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması Agentliyi” və “RM Rail” şirkətlərinə göstərilmiş yüksək keyfiyyətli dəstək və maliyyələşdirmə xidmətlərinə görə minnətdarlığımızı bildiririk” – deyə Natiq Heydərov vurğuladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















