Muğanbank Rusiya bankı ilə əməkdaşlığa başladı
Rusiya mallarının Azərbaycana ixracı maliyyələşdiriləcək.(®️) “Muğanbank” ASC Rusiya İxrac Mərkəzi Şirkətlər Qrupuna daxil olan “Roseksimbank” SC ilə əməkdaşlığa başlayıb.
“Muğanbank” ASC və “Roseksimbank” SC Rusiya mallarının Azərbaycana ixrac tədarükünü maliyyələşdirmək barədə razılığa gəliblər.
Rusiya məhsullarının potensial idxalçılarına əsas maliyyə alətləri ilə hərtərəfli məhsul təklifi veriləcəkdir.
"Rusiya ilə Azərbaycan arasında ticarətin dəstəklənməsi üçün akkreditivlər, qarantiyalar, xarici alıcılara birbaşa kreditlər, xarici alıcıların banklarına kreditlər və ixrac gəlirləri lə təmin edilmiş debitor borclarının maliyyələşdirilməsi həyata keçiriləcəkdir. Bu, “Muğanbank” ASC-nin müştərilərinə Rusiya Federasiyasından Azərbaycan Respublikasına mal və xidmətin ixrac olunmasında dəstək göstərəcəkdir", -“Muğanbank”-ın yaydığı məlumatda bildirilir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan "Belt and Road Bankers Roundtable Mechanism" (BRBR - "Bir Kəmər-Bir Yol" Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















