Aqrar sığorta ekspertlərinin gəlirləri açıqlandı - AYDA 5000-7000 MANAT
Azərbaycanda aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sahə ilə əlaqədar tərəflərin də gəlirləri artmağa başlayıb.
Aqrar Sığorta Fondunun yaydığı məlumata görə, yeni mexanizmin tətbiqi nəticəsində sürətlə inkişaf edən və faydalanan tərəflərdən biri də ölkəmizdə ilk dəfə fəaliyyətə başlayan müstəqil aqrar sığorta ekspertləri qrupudur.
Hazırda qüvvədə olan aqrar sığorta qaydalarına əsasən, müstəqil ekspertlərinin fəaliyyəti aqrar sığorta sistemi üçün mühüm əhəmiyyət daşıyır.
Sözügedən ekspertlər sığortalanma prosesində təsərrüfatlara baxış keçirir, buradakı vəziyyəti və riskləri qiymətləndirir, sığorta hadisəsi baş verdikdə isə hadisənin səbəbini müəyyən edərək dəyən zərəri hesablayırlar. Hadisə nəticəsində ödənişin edilib-edilməyəcəyi barədə qərar verilərkən ekspertin rəyi nəzərə alınır.
Müstəqil aqrar sığorta eksperti xidməti ödənişlidir - bu xidmətlərin müqabilində Aqrar Sığorta Fondu tərəfindən ekspertlərə xidmət haqqı və onların təsərrüfatlara gedişi zamanı qət edilən məsafəyə görə yol xərci ödənilir.
Aqrar Sığorta Fondu tərəfindən aqrar sığortanın tətbiqi genişləndikcə, sistemlə əməkdaşlıq edən aqrar sığorta ekspertləri artıq yüksək gəlirlər əldə etməyə başlayıb.
Ekspertlər qısa müddət ərzində ölkənin müxtəlif ərazilərnidə minlərlə kənd təsərrüfatı heyvanına, böyük əraziyə malik əkin sahələrinə baxış keçirib, onlarla sığorta hadisəsini araşdırıb, bu zaman minlərlə kilometr yol qət ediblər. Nəticədə onlara təkcə avqust ayında onlara böyük məbləğlərdə xidmət haqqı və yol xərci ödənilib.
Bunu avqust ayında ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertinin nümunəsində görmək mümkündür.
Avqustda ən çox gəlir əldə edən 3 müstəqil aqrar sığorta ekspertlərinin aylıq gəlirləri - 7 795 manat, 5 225 manat və 4 366 manat təşkil edib. Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1 000 - 4 200 manat arasında dəyişib.
Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışların və müayinə etdiyi heyvanların sayından, qət etdiyi məsafədən asılı olaraq dəyişir.
Ümumiyyətlə, müstəqil aqrar sığorta eksperti bütün dünyada, o cümlədən qardaş Türkiyədə də yüksək gəlirli peşələrdən sayılır. Aqrar sığortanın əhatə dairəsi genişləndikcə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artaracaq.
Mühüm məqamlardan biri odur ki, Azərbaycanda ekspert fəaliyyəti üçün sertifikat almış mütəxəssislər gələcəkdə Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sistemi – TARSİM arasında bağlanan Anlaşma Memorandumuna əsasən Tükiyədə də fəaliyyət göstərə biləcəklər.
Xatırladaq ki, müstəqil aqrar sığorta peşəsinə yiyələnmək istəyən mütəxəssislər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarından keçməli və Aqrar Sığorta Fondunun (ASF) təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər. Növbəti belə imtahan oktyabrın 31-də keçiriləcək. Bunun üçün aqronom, baytar və əlaqədar peşələrə malik namizədlər oktyabrın 29-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 saat sonra
- 17 d. əvvəl
- 21 d. əvvəl
- 46 d. əvvəl
-
8 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Ən çox oxunanlar
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi


















