“Bank of Baku”nun xalis mənfəəti 2 dəfə artıb - MALİYYƏ VƏZİYYƏTİ
“Bank of Baku” ASC 2021-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 16 milyon 788 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bank 2020-ci ilin 9 ayını 8 milyon 612 min manat xalis mənfəət ilə bağlamışdı. “Bank of Baku” ASC-nin 9 aylıq xalis mənfəəti 2020-ci ildəki cəmi xalis mənfəətini (12 milyon 673 min manat) də ötüb.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki. 2020-ci ilin 9 ayında Bankın 40 milyon 133 min manat təşkil etmiş faiz gəlirləri, 2021-ci ilin 9 ayında 48 milyon 248 min manata yüksəlib (8 milyon 115 min manat artım). Bankın qeyri-faiz gəlirləri isə cüzi (175 min manat) azalaraq 7 milyon 373 min manat təşkil edib (2020-nin 9 ayında 7 milyon 548 min manat).
2021-ci ilin yanvar-sentyabr dövründə “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 55 milyon 621 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 40 milyon 278 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 15 milyon 343 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş (qayıtmış) 6 milyon 770 min manat mənfəətə əlavə edilib və mənfəət 22 milyon 113 min manata yüksəlib. “Bank of Baku” 5 milyon 325 min manat mənfəət vergisi ödədiyindən 9 ayı 16 milyon 788 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr dövründə “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 681 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 572 min manat təşkil etmişdi. Gəlirlər xərcləri üstələdiyindən Bankın 11 milyon 109 min manat əməliyyat mənfəəti yaranmışdı. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 426 min manat mənfəətə əlavə edilmiş və mənfəət 11 milyon 535 min manata yüksəlmişdi. “Bank of Baku” 2 milyon 923 min manat mənfəət vergisi ödədiyindən ötən ilin 9 ayını 8 milyon 612 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB
200-ci ilin sonu ilə müqayisədə “Bank of Baku”nun cəmi aktivləri 84 milyon 901 min manat artaraq 494 milyon 464 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 71 milyon 616 min manat artaraq 409 milyon 562 min manata çatıb.
BANKDA DEPOZİTLƏR ARTIB
Cari ilin 9 ayı ərzində "Bank of Baku"da depozilər 44 milyon 283 min manat artaraq 237 milyon 767 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 40 milyon 283 min manat artaraq 211 milyon 814 min manata, hüquqi şəxslərin depozitləri 4 milyon manat artaraq 25 milyon 954 min manat təşkil edib.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
30 Sentyabr 2021-ci il tarixində "Bank of Baku" 102 milyon 416 min manat məcmu kapitala malik olub, bu da banklara dair minimal məcmu kapital tələbindən (50 milyon manat) azı 2 dəfə çoxdur. Xatırladaq ki, 31 Dekabr 2020-ci il tarixində Bank of Baku 88 milyon 43 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























